Kriminal

Məhkəmə BDU-nun tələbəsi barəsində axtarış elan edib

10 İyul 2017 11:27

Bu gün Yasamal Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Z. Mirağayev Azərbaycanı tərk etdiyi üçün onun barəsində axtarış elan olunub. Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub. Məhkəmə müvəqqəti olaraq cinayət işinin icraatını dayandırıb.

Taleh Bağırovun apellyasiya şikayətinə baxıldı

7 İyul 2017 18:13

Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, Müsəlman Birliyi adlı təşkilatın sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət qaldırıb. Müdafiə tərəfi prosesin qismən istintaqla aparılmasını istəyib. Məhkəmə vəsatətləri təmin etməyib.

Aşıq Əlinin yaxın qohumunu öldürənin atası: "Kaş mənim oğlum ölərdi"

7 İyul 2017 18:09

Toyda spirtli içki qəbul edərək keçmişdə ədavəti olan idmançını qətlə yetirməkdə təqsirləndirilən 1989-cu il təvəllüdlü Vüsal Nemətovun cinayət işi üzrə məhkəmə başlayıb.  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən Vüsal Neymətov özünü tam təqsirli bilib. O, məhkəmədə sərbəst ifadə verib.

Zərərçəkənlər Eldar Mahmudovun məhkəmədə dindirilməsini istəyiblər

7 İyul 2017 16:14

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ələsgər Əliyevin epizodu üzrə şahidlər ifadə veriblər. 

Rafet El Romanın meneceri Nahid Emiloğlunun həbsindən danışdı

7 İyul 2017 15:52

Xəbər verdiyimiz kimi, tanınmış təşkilatçı Nahid Emiloğlu (Şükürov) türkiyəli müğənni Rafet El Romanın və Azərbaycan ifaçısı Damlanın iyun ayında ayrı-ayrı məkanlarda keçiriləcək konsertləri üçün saxta bilet satışı ilə bağlı Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları tərəfindən saxlanılıb.

Azərbaycanda daha bir gözəl qız həbsə düşdü - ŞOK cinayətlər - VİDEO

7 İyul 2017 15:35

Nəsimi Rayon Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində iyunun 15-də və iyunun 28-də əcnəbi vətəndaşın cibindən 180 dollar, Bakı şəhər sakini olan bir qadının çantasından isə 800 manat və 400 dollar pul oğurlamaqda şüphəli bilinən Gülnarə Novruzova Şirvan şəhəri ərazisində tutulub. Ətrafında aparılan tədbirlərlə onun cari ilin mart ayından iyun ayınadək olan müddətdə Nərimanov rayonu ərazisində Bakı şəhər sakinləri olan 4 qadının çantasından pul, mobil telefon və sənət oğurlaması da müəyyən edilib.

Sumqayıt sakinindən tapança və narkotik götürülüb

7 İyul 2017 15:16

Sumqayıt şəhər sakininin idarə etdiyi avtomobilə baxış zamanı qaz tapançası, 1 ədəd patron darağı və 5,79 qr marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Elnur Quliyevin idarə etdiyi “Azsamand” markalı avtomobilə baxış zamanı “Valero-Combat” markalı qaz tapançası, 1 ədəd patron darağı və 5,79 qram marixuana aşkar edilərək götürülüb.

Polis narkotik əməliyyatı keçirdi

7 İyul 2017 15:15

Daxili İşlər Nazirliyi iki rayonda narkotik əməliyyatı keçirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Səmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Bundan başqa, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oxud kəndi ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əhmədiyə Salamov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 31 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Azərbaycanlılara qan udduran şəxs ələ keçdi

7 İyul 2017 12:26

1990-cı illərdə Moskvada fəaliyyət göstərən “Orexovo-Medvedkovo” kriminal qruplaşmasının lideri Aleksandr Şarapov həbs edilib. Lent.az-ın Rusiya İstintaq Komitəsinin rəsmi saytına istinadən məlumatına görə, Şarapov 16 il idi, Rusiyada axtarışa verilmişdi.

ABŞ-dan Bakıya gətirdiyi qadının başına oyun açdı - TOY FIRILDAĞI

6 İyul 2017 16:13

Bakıda əcnəbi ölkə vətəndaşına qarşı dələduzluq edib. ABŞ vətəndaşı, 1970-ci il təvəllüdlü Elizabeth Rose Albecht hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Azər adlı şəxs onu aldadaraq 5 min dollar pulunu alıb.

Keçmiş məhkumdan heroin götürülüb

6 İyul 2017 16:05

Lökbatan sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Füzuli Hüseynovdan 52,065 qram heroin götürülüb. Onun yaşadığı evə baxış zamanı isə əlavə 1 kiloqram 165 qram heroin aşkar edilərək götürülüb. 

Türkiyədə qadınları fahişəliyə cəlb edən azərbaycanlı tutuldu

6 İyul 2017 15:59

Türkiyənin Marmaris bölgəsində polisin oteldə keçirdiyi əməliyyat zamanı rus, gürcü və azərbaycanlı qadınlar da daxil olmaqla, ümumilikdə 5 nəfər saxlanılıb. Marmaris bölgəsinin təhlükəsizlik xidmətinə Kamal Elgin Bulvarındakı üç ulduzlu oteldə fahişəlik edilməsilə bağlı xəbər daxil olub. Ötən gün axşam saatlarında polis tərəfindən oteldə keçirilən əməliyyat zamanı fahişəlik etdikləri müəyyən olunan 38 yaşlı Gürcüstan vətəndaşı T.G, 34 yaşlı Rusiya vətəndaşı G.A. qadınlarla birlikdə olan 40 yaşlı A.Ç. və 45 yaşlı D.I. , fahişəliyə vasitəçilik edən "Nurdan" ləqəbli 46 yaşlı Azərbaycan əsilli N.R. saxlanılıb.

Düz bağırsağında narkotik  keçirmək istədi

6 İyul 2017 15:45

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.