Kriminal

Əməliyyat zamanı 9 yaşlı uşağın ölməsi faktı ilə bağlı cinayət işi başlandı

11 İyul 2017 12:19

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb. Bu barədə Ağdaş rayon prokurorluğundan bildirilib. Məlumata əsasən, faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

"Sevil Massivi" MTK-nın vəzifəli şəxslərinə hökm oxundu

11 İyul 2017 12:10

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Sevil Massivi” MTK-nın vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Aynur Zeynalov 9 il, Zabit Çələbiyev və Elmin İsmayılovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Eldar Mahmudovun həbsi gündəmdə...

11 İyul 2017 11:20

"Proseslərin sonunda, verilən ifadələr əsasında istənilən hər bir şəxsə cinayət işi açıla bilər. Eyni zamanda keçmiş nazir Eldar Mahmudov da bu siyahıda ola bilər". Bu sözlər  ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik Arzu Nağıyev keçmiş nazir Eldar Mahmudov barəsində cinayət işi açılması haqda qərara bildirərkən deyib.

Məhkəmə Eldar Mahmudovun barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərib

10 İyul 2017 17:41

Sabiq milli təhlükəsizlik naziriEldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərilib.

Sabunçu sakinin evindən 20 kiloqram narkotik aşkarlandı

10 İyul 2017 17:18

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir. “Olaylar” xəbər verir ki,  Suraxanı Rayon Polis İdarəsi (RPİ) 30-cu Polis Bölməsinə (PB)  Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yerləşən evlərdən birinin həyətində və otağında narkotik tərkibli kolların əkilməsi və becərilməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşları tərəfindən qeyd edilən mənzilə baxış keçirilən zaman evin həyətindən və otaqların birində xüsusi üsulla qulluq edilərək yetişdirilən 623 ədəd çətənə kolu və toxumları aşkar edilərək götürülüb.      

MTN polkovnikinə hökm oxundu - Rütbəsi əlindən alındı

10 İyul 2017 16:54

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ukraynada növbəti münaqişə: Azərbaycanlı yerli hərbçini döydü

10 İyul 2017 16:07

Rovno-da əslən Azərbaycandan olan şəxs Ukrayna hərbçisi olmuş kişini döyüb. Bu barədə Rovno Patrul polisinin mətbuat xidməti Facebook-da xəbər yayıb. Davadan sonra 36 yaşlı kişi çoxsaylı zədələrlə və sifətinin sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. 

Daxili orqanında narkotik maddə aşkarlandı

10 İyul 2017 14:59

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Əfqanıstan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Olaylar”a  verilən məlumata görə, yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd metadon adlı həb, daxili orqanında (düz bağırsağında) isə 10 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 331,474 qram heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

"Telefonumda danışıqları yazan proqram var, qulaq assanız..." - "MTN işi"

10 İyul 2017 14:15

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən MTN polkovniki Vüqar Güləli, Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

4 nəfər avtoqəzada ölüb

10 İyul 2017 14:02

Azərbaycanda istirahət günləri baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. “Olaylar”ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 8-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. İyulun 9-da respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Hər bir faktla bağlı araşdırma aparılır.

Oğurluqda şübhəli bilinən şəxslər tutulub

10 İyul 2017 14:01

Mayın 28-də Binəqədi rayonu ərazisindəki mənzillərdən birindən 300 manat pul oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluqda  şübhəli bilinən Bakı şəhər sakini Əlibaba İsgəndərov Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Həmçinin Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 19-dan aprelin 21-dək olan müddətdə rayon ərazisində 3 evdən kombi aparatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Abbasov tutulub. Hər iki faktla bağlı araşdrma aparılır. 

Keçmiş məhkum döyülərək öldürülüb

10 İyul 2017 14:00

İyulun 9-da Kəpəz rayonunun A.Səhhət küçəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Orucovun üzərində zorakılıq əlamətləri olan (döyülmə xarakterli) meyiti tapılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi, Kəpəz RPİ və Gəncə şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini Eldəniz Məmmədov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Evlərin qənimi ələ keçib

10 İyul 2017 13:58

İyulun 6-dan 8-dək olan müddətdə Məhəmmədi kəndindəki evlərdən birindən 3500 manat dəyərində qızıl əşyalar, 1 ədəd televizor, 1 ədəd müvafiq sənədləri olan "LOST-4" markalı yivli tüfəng və 15 ədəd patron oğurlanıb.  DİN-dən “Olaylar”a verilən məlumata görə,   Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mirzahid Zeynalov tutulub. Araşdırma aparılır.

Ata söyüşünə görə qətl törədən idmançı ilə bağlı FEDERASİYADAN AÇIQLAMA

10 İyul 2017 13:33

"Gəncədə 39 yaşlı kişinin qətlə yetirən idmançının heç bir nailiyyəti olmayıb". Bu barədə Azərbaycan Kikboks Federasiyasının mətbuat xidmətinin rəhbəri İntizarə Əbilova məlumat verib. İ. Əbilova qeyd edib ki, Eldəniz Məmmədov  8 il qabaq kikboksla məşğul olub: "Bizim çempionlarla bağlı siyahımız var. Siyahıda bu şəxsin adı yoxdur. Gəncədə olan müəllimlərimizlə də əlaqə saxlamışıq. Belə adda idmançı olmadığını dedilər".

Əl çantasında oğluna heroin ötürmək istədi

10 İyul 2017 12:58

Penitensiar xidmətin Baş idarəsinin və 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.