Kriminal

Vəkil: "Vidadi Zeynalov dövlətə vurulan 7 milyon 330 min 536 manat ziyanın hamısını ödəyib"

11 İyul 2017 17:30

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın hamısını ödəyib. Bu barədə  V. Zeynalovun vəkili Elxan Süleymanlı məlumat verib. O bildirib ki, V. Zeynalov dünən 2 milyon 25 min manat ödəsə də, 536 manat borcunun qaldığı müəyyənləşib.

Altı tələbənin ölümünə səbəb olan sürücünun avtobusu etibarnaməsiz idarə etdiyi ÜZƏ ÇIXDI

11 İyul 2017 17:11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vüqar Bayramov ifadə verib.

Əl izləri keçmiş məhkumun yeni c inayətinin üstünü açdı

11 İyul 2017 17:09

Paytaxtın 20 Yanvar küçəsindəki mənzillərdən birindən oğurluq edilməsi barədə DİN-in "102 Zəng Mərkəzi"nə müraciət daxil olub. Ev sahibəsi mənzilindən pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirb. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, bununla əlaqədar ərazi aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarından və kriminalistlərdən ibarət əməliyyat qrupu hadisə yerində olub müvafiq araşdırmalar aparıblar. Kriminalistlər mənzili müayinə edib, əl-barmaq izləri götürülüb, digər əməliyyat tədbirləri həyata keçirilib. Hadisə yerindən götürülmüş izlərin müvafiq qaydada ekspertizası əvvəllər məhkum olunmuş Hüseyn Quliyevin əl-barmaq izləri ilə eyniyyət təşkil etməsi barədə rəy verib. 

Mənzildən 40 min manatlıq qızıl oğurlayan saxlanıb

11 İyul 2017 16:06

Bakıda mənzildən ümumi olaraq 40 min manatlıq oğurluq edən şəxs saxlanılıb. “Olaylar”  DİN-in saytına istinadən xəbır verir ki, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Balaxanı qəsəbəsindəki evlərdən birindən 37000 manat pul və 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aleksandr Miroşkin tutulub.

Adam oğurluğunda təqsirli bilinən şəxs saxlanıldı

11 İyul 2017 15:27

Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.

Vətəndaşlara “pul atan” şəxsin əlləri qandallandı

11 İyul 2017 15:26

Paytaxtda dələduzluqla məşğul olan şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyunun 30-da Bakı şəhər sakini Fərasəddin Fərziyevin 5000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Vüqar Bəkirov Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Bundan başqa cari il iyunun 29-dan iyulun 7-dək olan müddətdə Bakı şəhər sakinləri olan 4 nəfərə məxsus mobil telefonları dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Elşən Kərimov Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Gömrükdən “beşbarmaq” keçirmək cəhdinin qarşısı alınıb

11 İyul 2017 14:58

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Olaylar”a  verilən məlumata görə, Moskva-Gəncə, Tbilisi-Bakı və Nyu-York-Bakı aviareysləri ilə gələn Azərbaycan vətəndaşları gömrük nəzarətindən keçərkən onların baqajları rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda "beşbarmaq" və dəyənəyə oxşar əşyaların təsvirləri görünüb.

İrandan heroin gətirmək istəyi baş tutmayıb

11 İyul 2017 14:56

İrandan Azərbaycana gələn vətəndaşdan narkotik aşkar edilib. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "Olaylar”a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.Yoxlama zamanı vətəndaşın ayaqqabısının sol tayının tərliyinin daban hissəsinin altında, 1 ədəd bükümdə xalis çəkisi 0,124 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Prokuror sabiq deputat Dünyamin Xəlilova cəza istəyib

11 İyul 2017 14:48

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ekspert Lapşinin məhkəməsinə gəlmədi

11 İyul 2017 14:40

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqer Aleksandr Lapşinin işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, Ekspertiza Mərkəzindən daxil olan məlumata görə. mərkəzin əməkdaşı Almaz Bayramova hazırda məzuniyyətdə olduğundan məhkəməyə gələ bilmir.

Binanın damından kabel oğurlayan yaxalanıb

11 İyul 2017 14:31

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 10-da Nəsimi rayonu A.Mustafayev küçəsindəki binalardan birinin üzərində quraşdırılan “Azerconnect” şirkətinə məxsus ötürücü bazanı rabitə ilə təmin edən kabelin 40 metrlik hissəsi kəsilərək oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polisbölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Röyal Əliyev tutulub.

Tərtər sakinindən marixuana götürülüb

11 İyul 2017 14:24

Tərtər rayonunun Düyərli kənd sakinindən 5,315 kq marixuana götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar” a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinə Düyərli kənd sakini olan bir nəfərin narkotik istifadəçisi olması və üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Rüfət Səfərovun şikayəti təmin edilmədi

11 İyul 2017 14:18

Bu gün Ali Məhkəmədə Zərdab rayon Prokurorluğunun həbsdə olan sabiq müstəntiqi Rüfət Səfərovun Şirvan Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Tikinti şirkətinin seyfi oğurlanıb

11 İyul 2017 13:05

İçərisində 5500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən  məlumata görə, Təhlükəsiz Şəhər Xidməti və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki tikinti şirkətlərindən birinin ofisindən içərisində 5500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. Onun əvvəllər məhkum olunmuş Əmrah Quliyev olduğu müəyyən edilib.