Kriminal

Akif Çovdarov Tağı Əhmədovla bağlı ifadə verib

12 İyul 2017 18:22

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vergidən yayınan 5 nəfər həbs olundu

12 İyul 2017 16:39

2017-cı ilin 1-ci yarımilliyində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 139 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 7 milyon 806,5 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Maşallah Əhmədovun işi üzrə ekspertiza başa çatdı

12 İyul 2017 16:23

Dələduzluqda təqsirləndirilən sabiq futbolçu Maşallah Əhmədovun satdığı tikinti materiallarının qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza başa çatıb. Bu barədə  M.Əhmədovun vəkili Əli Hüseynov məlumat verib. Vəkil bildirib ki, artıq əmtəəşünaslıq ekspertizası daşları ekspertizadan keçirib: "Yaxın günlərdə ekspertizanın rəyi məhkəməyə təqdim ediləcək və prosesin vaxtı müəyyənləşəcək".

12 milyon mənimsəməkdə təqsirləndirilən iş adamının məhkəməsi davam etdirilib

12 İyul 2017 15:41

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Novruz Rəsulov ifadə verib. O bildirib ki, parytaxtda bina tikintisi ilə məşğul olub. Bina tikintisi üçün C.Canıyevə 1 milyon 600 min dollar və 3 milyon 200 min manat verib. Lakin bina tikintisi planı baş tutmayıb və C.Canıyev həmin pulu geri qaytarmayıb.

Lapşinin məhkəmə istintaqı başa çatdı

12 İyul 2017 14:50

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün vaxt istəyib. Proses iyulun 14-də davam etdiriləcək.

Gürcüstandan gətirilən pirotexniki vasitələr müsadirə edilib

12 İyul 2017 14:26

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

İrandan gələn Gürcüstan vətəndaşında həşiş aşkar edilib

12 İyul 2017 14:25

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin yük şöbəsində Azərbaycan ərazisindən tranzit gömrük proseduru altında keçməklə İrandan Gürcüstana gedən Gürcüstan vətəndaşı Vatsadze Gocha Quram oğlunun idarə etdiyi "Mercedes" markalı, PA5867BM nömrəli yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.  

Qadına və uşağa qarşı quldurluq edən şəxs saxlanılıb

12 İyul 2017 14:13

İyulun 8-də Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan qadına qarşı quldurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə müraciət daxil olub. DİN-in mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə baş verən ünvana gəlib. Polis əməkdaşları tərəfindən mənzil müayinə edilib, müvafiq araşdırmalar aparılıb. 

Qətlin üstü “isti izlər”lə açıldı

12 İyul 2017 12:50

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən Nərimanov rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumatında bildirilir ki, iyulun 10-da saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 82 saylı ünvanda 1951-ci il təvəllüdlü Barışov Yuriy Petroviçin üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətləri olan meyiti aşkar olunub. Həmin faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qəbələ sakini özünü asıb

12 İyul 2017 12:41

Qəbələ rayonunda intihar hadisəsi baş verib. Məlumata görə, hadisə iyulun 12-də səhər saatlarında rayonun Tüntül kəndində baş verib. Kənd sakini 1986-cı il təvəllüdlü Bəşirov Taleh Vahid oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib. İntiharın səbəbləri hələliuk məlum deyil. Faktla bağlı Qəbələ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Təqsirləndirilən: "Dəyən ziyanı ancaq Əli Abbasovdan borc alıb ödəyə bilərəm" - "RABİTƏ İŞİ"

12 İyul 2017 11:57

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə prosesdə Zərərçəkmiş kimi tanınan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev çıxış edərək hazırda dəymiş ziyanla bağlı təqsirləndirilən şəxslər tərəfindən ödəmələrin aparıldığını deyib. O, buna görə məhkəmə proseslərinə müəyyən vaxta qədər fasilə verilməsini istəyib.

İki nəfərin öldüyü otelin müdiri həbs edildi - İsmayıllıda

12 İyul 2017 11:09

İsmayıllıda istirahət mərkəzində hovuzda dincələn zaman 4 turisti elektrik cərəyanı vurması haqda məlumat vermişdik. Məlumat verildiyi kimi, iyulun 7-də İsmayıllı rayonunda fəaliyyət göstərən "Green House" istirahət mərkəzində Emil Adıgözəlov və Gülhüseyn Quliyevin ölümü, Zaur Əliyev və Eltəkin Ömərovun isə xəsarət almaları faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaqəməliyyatı yerinə yetirilib.