Kriminal

Ölkəyə narkotik gətirilməsinin qarşısı alınıb

21 Yanvar 2019 18:54

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük əməkdaşları tərəfindən saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib.Dövlət Gömrük

Daxili orqanında narkotik keçirmək istədi

21 Yanvar 2019 18:29

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşları - iki qadın gömrük nəzarətindən keçən zaman özlərini şübhəli, narahat apardıqları üçün saxlanıb və şifahi sorğu-sual aparılıb. Komitədən “Olaylar”a verilən məlumata görə, sorğu-sual zamanı onlardan üzərlərində qadağan olunan və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmet, o cümlədən də narkotik vasitə və psixotrop maddələrin olub - olmaması soruşulub. Vətəndaşlar isə öz növbəsində üzərlərində gömrük nəzarətinə təqdim edilməli hər hansı predmetin olmadığını bildiriblər.

Qanunsuz ov edənlər saxlanıblar

21 Yanvar 2019 15:21

Dəmir relsi oğurlayanlar tutulublar

18 Yanvar 2019 18:42

Dəmir relsi oğurlamaqda şübhəli bilinən Hacıqabul şəhər sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Hacıqabul dəmir yolu stansiyasının ərazisindən uzunluğu 12 metr olan relsi oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Namiq Novruzov və Vasif Nağıyev saxlanılıblar.

“Mercedes” yolu keçən piyadanı vurub

18 Yanvar 2019 16:06

Kürdəmir şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 17-də saat 21 radələrində Kürdəmir şəhərinin ərazisində Cəbrayıl rayon sakini Ruzigar Həsənli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Atakişili kənd sakini

Qaradağ sakinində 17 kq narkotik vasitə aşkar edilib

18 Yanvar 2019 15:11

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. DİN mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, yanvarın 15-də Bakı-Qazax yolunun 36-cı kilometrliyində Sahil qəsəbəsi ərazisindəki YPX postunda Bakı şəhər sakini olan T.Kərimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Daxili orqanında narkotik keçirmək istədi

17 Yanvar 2019 18:02

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.