Gəncədə külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri uğurla davam etdirilir. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Namiq Tağıyev saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd siqaret falqasına bükülmüş, ümumi çəkisi 0.23 qram olan, narkotik vasitə olan “heroin” aşkar olunub. N.Tağıyevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı evindən isə 24 ədəd siqaret falqasına bükülmüş, ümumi çəkisi 1.93 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri uğurla davam etdirilir. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Namiq Tağıyev saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd siqaret falqasına bükülmüş, ümumi çəkisi 0.23 qram olan, narkotik vasitə olan "heroin" aşkar olunub. N.Tağıyevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı evindən isə 24 ədəd siqaret falqasına bükülmüş, ümumi çəkisi 1.93 qram çəkidə narkotik vasitə olan "heroin" aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31