Məktəbdən inşaat materialları oğurlanıb

Qax rayonunda fəaliyyət göstərən məktəblərin birindən oğurluq olub. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Qax RPŞ-nin əməkdaşları tərəfindən yanvarın 5-də Əlibəyli kəndi ərazisində inşası başa çatmamış məktəbin ərazisindən inşaat materialları oğurlamaqda şübhəli bilinən kənd sakini Vaxtanqi Canaşvili saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31