Qanunsuz ov edənlər saxlanıblar
21 Yanvar 2019 15:21 KriminalMasallıda qanunsuz ov edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə qanunsuz ov etdiklərinə görə Masallı rayon sakini Elmir Əliyev və Astara rayon sakini Səttar Həsənov saxlanılıblar.Onlardan 4 ədəd tüfəng, 251 ədəd patron, ov ləvazimatları, habelə ovladıqları 28 ədəd ördək və qaşqaldaq aşkar edilərək götürülüb.Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31