Oğru ev sahibini bıçaqladı

Bakıda ev sahibi oğru tərəfindən bıçaqlanıb. “Olaylar”xəbər verir ki, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib. Zığ qəsəbəsi, Xanlar küçəsi, nömrəsiz evdə yaşayan, 1995-ci il təvəllüdlü Heydərli Əli Mahir oğlunun evinə pəncərəni sındırmaq yolu ilə oğru daxil olub.

Bakıda ev sahibi oğru tərəfindən bıçaqlanıb. "Olaylar"xəbər verir ki, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib. Zığ qəsəbəsi, Xanlar küçəsi, nömrəsiz evdə yaşayan, 1995-ci il təvəllüdlü Heydərli Əli Mahir oğlunun evinə pəncərəni sındırmaq yolu ilə oğru daxil olub. Mənzildən gümüş bəzək əşyaları və 20 manatı oğurlayan naməlum şəxs ev sahibi ilə rastlaşıb. Oğru ev sahibini qolundan bıçaqlayaraq hadisə yerindən qaçıb. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31