Azərbaycanlı İstanbulda öz kürəkəni tərəfindən öldürüldü - FOTO
23 İyun 2022 11:12 Kriminalİstanbulun Başakşehir bölgəsində Azərbaycan əsilli Mübariz Nuriyev adlı şəxsin cəsədi aşkar olunub.
M.Nuriyevin cəsədi Olimpiya Stadionunun qarşısında ağaclıq ərazidə aşkarlanıb.
Aparılan araşdırma nəticəsində məlum olub ki, Nuriyev öz kürəkəni tərəfindən başından güllələnib. Polis Nuriyevin kürəkənini və bəzi digər ailə üzvlərini saxlayıb.
Məsələ ilə bağlı araşdırma davam etdirilir.
Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31