Azərbaycanda daha bir məmur SAXLANILDI
21 İyun 2022 16:28 KriminalBaş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.
Olaylar.az xəbər verir ki, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat Avtomobil Yollarının Mühafizə Xidməti MMC-də baş tutub.
Əməliyyat çərçivəsində Avtomobil Yollarının Mühafizə Xidməti MMC-nin Nəzarət şöbəsinin rəisi Fikrət İsrafil oğlu Hüseynov saxlanılıb.
Hazırda Avtomobil Yollarının Mühafizə Xidməti MMC-nin rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparılır və bir sıra sahələr üzrə fəaliyyətlərinə qadağa qoyulub.

(Qaynarinfo.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31