Bakıda üç minə yaxın şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza çəkir
21 İyun 2022 14:06 KriminalBakı şəhəri üzrə 2812 nəfər azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza çəkir.
Bunu jurnalistlərə açıqlamasında Bakı şəhər Probasiya İdarəsinin rəisi vəzifəsini icra edən, Baş ədliyyə müşaviri Namiq İsmayılov deyib.
O bildirib ki, həmin şəxslərdən 1233 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılır:
"Bundan başqa, 139 nəfər cərimə cəzasına məhkum edilib, 27 nəfər islah işlərinə cəlb edilib, 205 nəfər isə cəzadan şərti olaraq vaxtından azad edilənlərdir", - N.İsmayılov deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31