Xocavənddə 1 tona yaxın çətənə kolu məhv edilib
21 İyun 2022 11:00 KriminalXocavənddə 1 tona yaxın çətənə kolu yandırılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Olaylar"a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş-2022" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar ediblər. Tədbir zamanı işğaldan azad edilmiş Zoğalbulaq kəndinin ərazisindəki meşə massivində yabanı halda bitmiş çəkisi 1 tona yaxın olan 2156 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31