Bakıda blogeri qətlə yetirən şəxsin məhkəməsi başlayıb
20 İyun 2022 14:53 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində bloger Əvəz Şıxməmmədovun (Hafizli) qətlə yetirilməsində təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Olaylar.az bildirir ki, təqsirləndirilən şəxs məhkəməyə gətirilməyib, o saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəmə iclasına qoşulub.
Bu cinayət işi üzrə araşdırmalar iyulun 4-də davam edəcək.
Xatırladaq ki, Əvəz Şıxməmmədov fevralın 22-də Bakının Balaxanı qəsəbəsində, yaşadığı evin həyətində bıçaqla qətlə yetirilib. Cinayəti törətməkdə təqsirləndirilən Əmrulla Güləliyev hadisənin mübahisə zəminində baş verdiyini bildirib. O CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31