Xırdalanda ata oğlunu qətlə yetirdi
20 İyun 2022 11:21 KriminalAbşeronda ata oğlunu qətlə yetirib.
Olaylar.az xəbər verir ki, iyunun 19-da Xırdalan şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin İbadovun öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin atası, 1967-ci il təvəllüdlü Etibar İbadovun yaşadıqları evdə İlkin İbadova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Etibar İbadov şübhəli şəxs qismində tutulub. İstintaq tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31