BDU-da rektorun müşavirini bıçaqlayan şəxs tutuldu
Bakı Dövlət Universitetində (BDU) rektorun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində çalışan Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb
27 İyul 2021 15:05 KriminalBakı Dövlət Universitetində (BDU) rektorun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində çalışan Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb. BDU-nun mətbuat xidmətinin rəhbəri Günel İsgəndər faktı təsdiqləyib. Bildirib ki, hadisə barədə bir qədər sonra ətraflı məlumat veriləcək.
Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə deyib ki, polis tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən olunaraq saxlanılıb: "Hadisə Bakı Dövlət Universitetində qeydə alınıb. Bakı Dövlət Universitetinin əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır". DİN rəsmisinin sözlərinə görə, bıçaqlanan şəxslərin vəziyyəti kafidir.