Spikerlər Heydər Əliyevin məzarını ziyarət etdilər
Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan parlamentinin sədri Əsəd Qayseri və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
27 İyul 2021 13:06 SosialÖlkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan parlamentinin sədri Əsəd Qayseri və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
"Olaylar" xəbər verir ki, parlament sədrləri daha sonra Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcəklər. Qeyd edək ki, bu gün Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin üçtərəfli görüşü keçiriləcək. Görüşdən sonra "Bakı bəyannaməsi" imzalanacaq.