Qonşusunun evini qarət edən yaxalanıb
Qonşusunun evini qarət edən yaxalanıb
11 İyun 2019 15:51 KriminalBiləcəri qəsəbəsindəki evlərin birindən qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da Biləcəri qəsəbəsindəki evlərin birindən 400 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, həmin ev sahibinin qonşusu, əvvəllər məhkum olunmuş Ə.Hacıyev saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31