Keçmiş məhkumdan narkotik vasitə götürülüb

Keçmiş məhkumdan narkotik vasitə götürülüb

Bakı dəmiryolu vağzalının ərazisində saxlanılan şəxsdən tiryək və marixuana götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı dəmiryolu vağzalının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan paytaxt sakini, əvvəllər məhkum olunmuş A.Qasımovdan 20 qrama yaxın tiryək və 400 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31