Keçmiş məhkumdan 5 növdə narkotik vasitə götürülüb
Keçmiş məhkumdan 5 növdə narkotik vasitə götürülüb
11 İyun 2019 15:37 KriminalƏməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakinində heroin aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Ə.Babayevanın evindən isə 500 qramdan artıq heroin, habelə tiryək, marixuana, metadon və metamfetamin aşkar edilərək götürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31