Bakıda ev yandı - 1 yaşlı körpə öldü
Bakıda ev yandı - 1 yaşlı körpə öldü
11 İyun 2019 13:21 KriminalBakıda ölümlə nəticələnən yanğın faktı qeydə alınıb.
FHN-dən verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb.
Məlumata görə, yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyti aşkar olunub. Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31