Bakı sakinini qətlə yetirən dəstə ələ keçib
Bakı sakinini qətlə yetirən dəstə ələ keçib
10 İyun 2019 16:30 KriminalBakı şəhər sakini Ədalət Əliyevi qətlə yetirməkdə şübhəli bilinən dəstə zərəsizləşdirilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 7-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini, 33 yaşlı Ədalət Əliyevin üzərində zorakılıq əlamətləri olan meyitinin "Mercedes" markalı avtomobilində tapılması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olmuşdur.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Cəfərzadə, A.Mustafayev və A.Ağabalayev saxlanılmışlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31