Binəqədidə maşında güllələnən kriminal avtoritet imiş - Qatil tutuldu - YENİLƏNİB
Binəqədidə maşında güllələnən kriminal avtoritet imiş - Qatil tutuldu - YENİLƏNİB
7 İyun 2019 20:56 Kriminal20:34
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, aparılan təcili təxirəsalınmaz əməliyyat nəticəsində "Favorit" supermarketinin yanında kriminal aləmin nümayəndəsini güllələyən şübhəli bilinən şəxs saxlanılıb.
Həmçinin bildirilib ki, öldürülən kriminal avtoritetin də kimliyi müəyyən edilib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, araşdırmalar aparıldığı üçün nə ölən, nə də öldürülən şəxslərin adları hələ ki, açıqlanmayıb. Əlavə məlumat veriləcək.
----------
19:45
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, "Favorit" marketin qarşısında güllənmə hadisəsi baş verib.
Naməlum şəxs 1 nəfər sakinə odlu silahla atəş açaraq, hadisə yerindən uzaqlaşıb.
Hadisədən dərhal sonra əraziyə polis əməkdaşları gəliblər. Güllələnən şəxsi "Mercedes-Benz E-Class" markalı avtomobillə ərazidən uzaqlaşdırıblar.
Hadisə yerindən çəkdiyimiz görüntüləri təqdim edirik:
Milli.Az