Şəkidə kafedən oğurluq edən tutulub
Şəkidə kafedən oğurluq edən tutulub
23 May 2019 16:21 KriminalŞəki rayonu ərazisindəki kafelərin birində oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki kafelərin birində şəhər sakini N.Cəfərovun içərisində 725 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən həmyerlisi Q.Qədirova saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31