Şabran və Maştağa sakinlərindən narkotik vasitə götürülüb
Şabran və Maştağa sakinlərindən narkotik vasitə götürülüb
23 May 2019 16:17 KriminalŞabran rayon sakininə məxsus həyətyanı sahədə çətənə kolları aşkarlanıb. DİN-dən "Olaylar"a bildirilib ki, Şabran RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Mollakamallı kənd sakini L.Atakişiyevə məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Həmçinin, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nardaran qəsəbə sakini İ.İsmayıl oğluna məxsus həyətyanı sahədəki istixanada keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31