Azərbaycanda dəhşətli hadisədə ölən 4 nəfərin şəxsiyyəti məlum oldu - ADLAR/YENİLƏNDİ
Azərbaycanda dəhşətli hadisədə ölən 4 nəfərin şəxsiyyəti məlum oldu - ADLAR/YENİLƏNDİ
23 May 2019 11:07 KriminalBu gün sübh saatlarında larında Ələt-Astara magistral yolunun Neftçala rayonu ərazisindən keçən 85-ci kilometrliyində baş verən dəhşətli qəzada ölən 4 nəfərin kimliyi müəyyənləşib.
"Ford Transit" markalı mikroavtobusun yük avtomobilinə çırpılması nəticəsində 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu, 1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu, sürücü - 1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu və 1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu hadisə yerində dünyasını dəyişib. Ölənlərin hamısı Yardımlı rayon sakinləridir.
Hadisə nəticəsində ağır xəsarət alan 2 nəfər: 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğlu və 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı xəstəxanasına yerləşdirlib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
*****
08:00
Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.
Hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Ford" markalı mikroavtobus qarşıda gedən "Kamaz" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır (Report).