Lerikdə itkin düşən şəxsin meyiti tapılıb
Lerikdə itkin düşən şəxsin meyiti tapılıb
21 May 2019 15:01 KriminalLerik rayonunda fevralın 2-dən itkin düşmüş A.İsmayılovun meyiti tapılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, cari il fevralın 2-də Bakı şəhər sakini Abil İsmayılovun Lerik rayonunun Tatonu kəndində qohumlarının evindən çıxaraq itkin düşməsi barədə Lerik Rayon Polis Şöbəsinə müraciət daxil olmuşdur. Müraciətlə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Mayın 19-da A.İsmayılovun çürüməyə məruz qalmış meyiti Mistan kəndi ərazisində tapılmışdır. Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən meyitin yaxınlığında torbanın içərisində çəkisi 4 kiloqrama yaxın tiryək, 5,2 kiloqramdan artıq heroin və 1000 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31