Kürdəmir sakini avtomobili ilə 2 yaşlı qızını vurub öldürüb
Kürdəmir sakini avtomobili ilə 2 yaşlı qızını vurub öldürüb
20 May 2019 16:42 KriminalKürdəmir rayonunun Xırdapay kəndində bədbəxt hadisə baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 19-da saat 19 radələrində Kürdəmir rayonunun Xırdapay kənd sakini Nəriman Nərimanov evinin həyətindən "Mercedes" markalı avtomobilində çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurmuşdur. Nəticədə uşaq hadisə yerində ölmüşdür. Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31