“Mercedes” və “VAZ-21011” toqquşub-ölən və yaralanan var
“Mercedes” və “VAZ-21011” toqquşub-ölən və yaralanan var
20 May 2019 16:40 KriminalAstara rayonunun Ərçivan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 19-da saat 17 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Şüvi kənd sakinləri Məmməd Şamradovun idarə etdiyi "Mercedes" və Ş.Əsgərovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ş.Əsgərovun sərnişini, həmkəndlisi Qadir Baxşiyev xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür. Astara RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31