Havaya atəş açan Şəmkir sakini zərəsizləşdirilib
Havaya atəş açan Şəmkir sakini zərəsizləşdirilib
6 May 2019 16:22 Kriminalİctimai asayişi pozmuş Şəmkir rayon sakini müəyyən edilərək saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 2-də saat 5 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozmuşdur. Bu zaman ərazidə xidmət aparan Qovlar Polis Bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açılmış, sonuncu tüfəngi ataraq qaçmışdır. Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Həsənov olması, "İJ-16" markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı, həmçinin həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə etdiyi müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.