Sumqayıtda marşurut avtobusu qəzaya uğrayıb
Sumqayıtda marşurut avtobusu qəzaya uğrayıb
6 May 2019 16:19 KriminalSumqayıt şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə şəhərin "Dəmiryolu vağzalı" adlanan ərazinin yaxınlığında baş verib. "Olaylar" xəbər verir ki, 1 nömrəli marşrut xətti üzrə hərəkət edən 50 AE 659 markalı "Karsan" markalı mikroavtobus yol dairəsində dönmə əməliyyatı həyata keçirərkən "Kia" markalı nəqliyyat vasitəsi onu arxadan vurub. Zərbənin gücündən mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında dayanan "Mercedes" markalı avtomobilə çırpılıb. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.2 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Yaralılar xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.