Azərbaycanda şagirdləri daşıyan mikroavtobus aşdı - 1 ölü, 6 yaralı (FOTO) YENİLƏNİB

Azərbaycanda şagirdləri daşıyan mikroavtobus aşdı - 1 ölü, 6 yaralı (FOTO) YENİLƏNİB

Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib. Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Vita" markalı avtobus idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31