Qəza törədin aradan çıxan sürücü yaxalanıb
Qəza törədin aradan çıxan sürücü yaxalanıb
3 May 2019 16:20 KriminalYol qəzası törədərək hadisə yerindən yayınan paytaxt sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 27-də saat 22 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı kişi vurulmuş və o, hadisə yerində ölmüşdür. Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun Bakı şəhər sakini İlqar Məmmədov olması, yol-nəqliyyat hadisəsinin isə "Opel" markalı avtomobillə törədildiyi müəyyən edilmişdir.Görülmüş tədbirlərlə piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini İ.Həşimov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.