Narkobaron ələ keçdi

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şabran şəhər sakinləri saxlanılıblar

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şabran şəhər sakinləri saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini X.Babayev saxlanılmışdır. Ondan çəkisi 414 qram marixuana aşkar edilərək götürülmüşdür. Davam etdirilən tədbirlərlə onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyənləşdirilmişdir. Narkotik vasitəni ona satmaqda şübhəli bilinən şəhər sakini M.Quliyev də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun yaşadığı evdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı oradan narkotik vasitə olan marixuana, 1 ədəd müvafiq sənədləri olmayan  "İJ" markalı ov tüfəngi, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31