Sumqayıtda samovar oğrusu tutulub

Sumqayıtda samovar oğrusu tutulub

Oğurluqda şübhəli bilinən Sumqayıt sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-dən aprelin 9-dək olan müddətdə şəhər ərazisində bir evdən samovar, bir avtomobildən akkumulyator, bir qarajdan məişət əşyaları və bir evin işıq sayğacını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini X.Paşayev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31