Avtomobili qəsdən məhv edən şəxs tutulub
Avtomobili qəsdən məhv edən şəxs tutulub
30 Aprel 2019 16:07 KriminalƏmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ç.Naxçıvani aprelin 14-də saat 1 radələrində yaşadığı evin qarşısında 2 nəfərin onun "Mercedes" markalı avtomobilinin şüşəsini və farasını sındırmasını, habelə qapısını və yük yerini əzməsini bildirmişdir. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Qarayev və M.Papaxov saxlanılmışlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31