54 yaşlı çoban göbələk yedi, öldü
54 yaşlı çoban göbələk yedi, öldü
30 Aprel 2019 11:47 KriminalTovuz rayon sakini göbələkdən zəhərlənib.
Trend-in məlumatına görə, hadisə Tovuz rayonunun Əlmərdanlı kəndində baş verib.
Rayonun Qədirli kənd sakini, 1965-ci il təvəllüdlü Hüseynov Yusif Məhəmməd oğlu Əlmərdanlı kəndində fermanın otlaq sahəsindən yabanı halda bitmiş göbələyi yığıb həmin fermanın həyətində yaşadığı 1 otaqlı evdə odun sobasının üstündə bişirərək yeyib.
Y. Hüseynov göbələyi yeyəndən bir neçə saat sonra mədəsində şiddətli ağrılar olduğunu bildirib və qəfil ölüb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31