Bank kartından pul oğurlayan şəxs ələ keçib

Bank kartından pul oğurlayan şəxs ələ keçib

Dələduzluqda şübhəli bilinən Goranboy rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də və 26-da rayon sakinləri olan 2 nəfərin bank kartlarından ümumilikdə 366 manatlarını çıxararaq oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini Ə.Əzizov saxlanılıb.Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 21-dən martın 25-dək olan müddətdə 4 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31