Oğluna konfetin içərisində tiryək keçirmək istədi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətdən "Olaylar"a verilən məlumata görə,  Cinayət Məcəlləsinin 234.1; 69.3-cü maddələrinə əsasən 2 il 3 ay 13 gün müddətinə azadlqıdan məhrum edilmiş məhkum Rahmanov Pərviz Rövşən oğlu ilə qısamüddətli görüşə gəlmiş Salyan şəhər sakinləri atası Rahmanov Rövşən Nəsir oğlu və anası Rahmanova Vüsalə Malik qızı tərəfindən gətirilmiş sovqata və üzərlərinə baxış keçirilən zaman orada olan konfetlərin arasında gizlədilmiş bir ədəd bükülüdə 0,192 qram tiryək aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31