Azərbaycand DƏHŞƏTLİ HADİSƏ – 19 yaşlı oğlan öldü

Siyəzən rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bu gün Siyəzən rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Ələkbərov İmamyar Ağabala oğlunun batdığı barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31