Avtobus vuran uşaq xəstəxanada ölüb
Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
26 Aprel 2019 16:21 KriminalYevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 25-də saat 7 radələrində Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində şəhər sakini A.Qasımov idarə etdiyi "PAZ-3205" markalı avtobusla yolu keçən kənd sakini, azyaşlı Ləman Əsgərovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölmüşdür. Yevlax RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31