İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb
İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb
24 Aprel 2019 13:00 KriminalPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 221.2 -ci maddəsinə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səmədov Cavid İnqilab oğluna Bakı şəhər sakini Əliyev Elgün Arif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan paltarın belindəki rezinə xüsusi üsulla hopdurulmuş 0,425 qram heroin aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31