Əl çantasında marixuana aşkarlanıb

Əl çantasında marixuana aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşına məxsus əl çantası rentgendən keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub. Bundan sonra gömrükçülər tərəfindən həmin vətəndaşın əl çantasına baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki,  baxış zamanı çantadakı pul qabının içərisində gömrük orqanına bəyan olunmayan 2 ədəd bükülüdə 1 qram narkotik vasitə -marixuana aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

3000 ədəd siqaret aşkarlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31