3000 ədəd siqaret aşkarlanıb

3000 ədəd siqaret aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21074" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunda və yük yerində gizlədilən 3000 ədəd "King" markalı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31