Mingəçevirdə yaşayış binasında yanğın baş verib

Mingəçevir şəhərində yaşayış binasında qısa qapanmadan yanğın baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə M.Maqomayev prospekti, 50 ünvanında yerləşən binanın 4-cü mərtəbəsinin mətbəxində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə briqadası cəlb olunub. Onların iştirakı ilə alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Bina və mənzil sakinləri arasında zərərçəkən olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31