Bakıda qətl törədən şəxs saxlanılıb

Bakı şəhər sakini Əkrəm Tağızadəni qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 20-də Bakı şəhər sakini Əkrəm Tağızadənin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Sabunçu rayonunun Yeni Ramana qəsəbəsindəki evində tapılıb. Bakı Şəhər Baş Polis İdarəsi və 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılıb.Araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31