Avtomobil qaçıran şəxs saxlanıb

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 20-də Bakı şəhər sakini olan bir qadın polisə müraciət edərək Yasamal rayonu ərazisində yaşadığı evin qarşısında ona məxsus "KİA" markalı avtomobili təmir üçün ustaya verməsini və avtomobilinin qaçırılmasını bildirmişdir.Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Asim Babayev avtomobillə birgə şəhər ərazisində saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31