Silsilə oğurluqla məşğul olan şəxs yaxalanıb
21 Avqust 2018 17:44 KriminalOğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməlləri ifşa edilb. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Pərviz Səfərovun ətrafında Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 4-dən 6-dək olan müddətdə rayon ərazisindəki 2 həyətyanı sahədən su mühərrikləri oğurlaması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31