Gəncədə xəstəxanada yanğın qeydə alınıb

Gəncədə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hadisə Gəncə şəhərinin Nizami rayonunda qeydə alınıb. Həmin ərazidə yerləşən birmərtəbəli xəstəxananın çardağının yanar konstruksiyaları 3 kvadrat metr sahədə yanıb. Xəstəxananın qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31