Dava edən valideynləri ayıran Məhəmməd faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
21 Avqust 2018 11:19 KriminalBursada gənc oğlan dalaşan valideynlərini ayıran zaman faciəvi şəkildə həyatını itirib.
Olaylar.az BiG.AZ-a istinadən xəbər verir ki, Orxanqazi bölgəsində gecə yarısı işlədiyi kafedən evə qayıdarkən Məhəmməd Can Türkər atası Ruhi ilə anası Nagihan Türkərin mübahisəsinə şahid olub. Mübahisəni sakitləşdirmək istəyərkən Məhəmməd Can atasının əlindəki bıçaqla ağır yaralanıb. Onun əlindəki bıçaq Məhəmmədin boğazını kəsib.
Yaralı gənc xəstəxanaya qaldırılsa da həyatını qurtarmaq mümükün olmayıb.
Məhəmməd Can Türkərin dəfn mərasimində dostları və ailə üzvləri göz yaşlarına hakim ola bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31